İqtisadiyyat, idarəetmə, maliyyə, marketinq və s. kimi sahələrdə tədqiqat aparan hər bir tədqiqatçı aktual mövzularda apardıqları tədqiqatlarını konfransa göndərə bilərlər. Eyni zamanda bu ilki konfrans üçün aşağıdakı ümumi mövzu başlıqları tədqiqatlara yol göstərəcək əsas istiqamət olaraq qeyd olunur;
 

Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı

Liderliyə və idarəetməyə Heydər Əliyev perspektivindən baxış

Ümummilli liderin iqtisadi fikirləri

Davranış iqtisadiyyatı və iqtisadi qərarvermə

İnnovasiya iqtisadiyyatı və texnoloji dəyişim

Beynəlxalq ticarət və qloballaşma

Ətraf mühit və təbii sərvətlərin iqtisadiyyatı

Rəqabət mühiti və bazar iqtisadiyyatının inkişafı

Dövlət iqtisadiyyatı və dövlət maliyyəsi

Səhiyyə iqtisadiyyatı və səhiyyə menecmenti

Sənaye iqtisadiyyatı və sənaye siyasəti

Süni intellektin iqtisadiyyata təsirləri

Qadın sahibkarlığı və sosial sahibkarlıq

FinTechlər və maliyyə sistemlərinin inkişafı

İqtisadi inkişaf və yoxsulluğun azaldılması

Bərpaolunan enerji mənbələrinin iqtisadiyyatı

Yaşıl maliyyə və yaşıl investisiyalar

Əmək bazarı və insan resurslarının inkişafı

Korporativ sosial məsuliyyət və davamlılıq

Rəqəmsal iqtisadiyyat və rəqəmsal transformasiya

Türk dünyası ölkələrinin iqtisadiyyatı

Korporativ maliyyə və mühasibatlıq

Startaplar və startap ekosisteminin inkişafı

Elektron ticarət və marketinq

Müasir Dünyada KOB - lar və onların inkişaf perspektivləri

Universitet sənaye işbirliyi

İqtisadiyyat, texnoloji inkişaf və dizayn

Data analitikası və ekonometrik analiz

Təhsilin iqtisadiyyatı və təhsil menecmenti

 
Yuxarıda qeyd olunan mövzularla bağlı konfransa 4 dildə (azərbaycan, ingilis, türk və rus) tədqiqat işləri göndərilə bilər.