KONFRANSDA İŞTİRAK

Konfransda iştirak ÖDƏNİŞSİZDİR. Konfransla bağlı nəşrlə bağlı və inzibati bütün xərclər konfrans tərəfindən qarşılanacaqdır. Bundan əlavə konfransın baş sponsoru olan PAŞA Holdinq şirkətlər qrupunun dəstəyi ilə hazırlanan promo məhsullar konfrans iştirakçılarına təqdim olunacaqdır. 
 
Konfrans hibrid formada təşkil olunacaqdır. Konfransın məruzə seksiyaları online formada ZOOM platforması vasitəsi ilə baş tutacaqdır. Konfransın açılış mərasimi və workshopların bəziləri öncədən elan olunmuş proqrama əsasən ənənəvi formada Heydər Əliyev Mərkəzində  keçiriləcəkdir. Mərkəzdə baş tutacaq tədbirlərdə iştirak üçün qeydiyyat mütləqdir. 
 
Konfrans müddətində təşkil olunacaq tədbirlər üçün qeydiyyatla bağlı məlumatlar konfransın rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsi ilə paylaşılacaqdır.