III. İQTİSADİYYAT VƏ İDARƏETMƏ SAHƏSİNDƏ MAGİSTR VƏ DOKTORANTLARIN BEYNƏLXALQ ELMİ KONFRANSI

UNEC - Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi

28 - 30 May 2021
Bakı / Azərbaycan

BÜTÜN KONFRANS İŞTİRAKÇILARININ NƏZƏRİNƏ!

BÜTÜN KONFRANS İŞTİRAKÇILARININ NƏZƏRİNƏ!

29-31 may UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək “II İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı”na məruzələrin göndərilməsi və dəyərləndirilməsi prosesi yekunlaşıb.

Konfransa dünyanın 21 ölkəsindən 600-ə yaxın magistr və doktorant qeydiyyatdan keçib, 542 nəfəri isə məruzələrini elektron qaydada təqdim edib. Məruzələr konfransın elm komitəsi tərəfindən qiymətləndirilmişdir. Yaxın günlərdə konfransda çıxış üçün seçilmiş məruzələrə qəbul məktubu, imtina olunmuş məruzələr isə imtina səbəbləri haqqında imtina məktubu konfrans saytındakı kabinetlərinə göndəriləcəkdir.

Dünyada koronavirus pandemiyası ilə əlaqədar mövcud vəziyyət nəzərə alınaraq, bu ilki konfransın distant formada online olaraq keçirilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə fəaliyyət planı artıq hazırlanıb. Konfransın açılış mərasimində ABŞ, Türkiyə və Rusiyanın nüfuzlu universitetlərinin tələbələri müvafiq olaraq ingilis, türk və rus dillərində plenar çıxışlar edəcəklər. Konfransın online təşkili ilə əlaqədar olan bütün texniki detallar konfrans saytından iştirakçılara elan olunacaqdır.