III. İQTİSADİYYAT VƏ İDARƏETMƏ SAHƏSİNDƏ MAGİSTR VƏ DOKTORANTLARIN BEYNƏLXALQ ELMİ KONFRANSI

NİZAMİ GƏNCƏVİ VƏ DAVAMLI İNKİŞAF

4 - 7 İYUN 2021
GƏNCƏ / AZƏRBAYCAN

UNEC - in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

UNEC - in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Mayın 29-da UNEC-in təşkilatçılığı ilə universitetin 90 illik yubileyinə həsr olunan “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” təşkil olunub.

Konfransın açılış mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Paşa Holdinqin Baş İcraçı Direktoru Cəlal Qasımov çıxış ediblər.

Daha sonra onfransda ABŞ, Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin magistr və doktorantlarının iştirakı ilə 4 dildə (azərbaycan, ingilis, rus və türk) plenar çıxışlar olub. Azərbaycandan Kamal Mirzəyev “Strateji İnsan Resursları Sistemində Təmin Fəaliyyətinin Ölçülməsi və Qiymətləndirilməsi”, ABŞ-dan Sevinc Məmmədova “How Education and Training Affect the Economy”, Türkiyədən Sezgin Uysal “Politik Risk ve Enerji Fiyatları İlişkisi İktisat Tarihinden Doğal Bir Deney” və Rusiyadan Alexander Lyash “Эффективное Управление Денежными Средствами На Основе Финансовых Технологий” mövzularında plenar çıxışlarını onlayn olaraq təqdim ediblər.

 

ƏTRAFLI: MƏNBƏ