III. İQTİSADİYYAT VƏ İDARƏETMƏ SAHƏSİNDƏ MAGİSTR VƏ DOKTORANTLARIN BEYNƏLXALQ ELMİ KONFRANSI

Nizami Gəncəvi və Davamlı İnkişaf

4 - 7 İYUN 2021
GƏNCƏ / AZƏRBAYCAN

Konfransın Açılış Mərasimində Rəsm Sərgisi Təşkil Olunmuşdur.

Konfransın Açılış Mərasimində Rəsm Sərgisi Təşkil Olunmuşdur.

31 may 2019 - cu il tarixində birincisi keçirilən "İqtisadiyyat və İdarəetmə İxtisaslarında Magistrantların Beynəlxalq Elmi Konfransı"nın açılış mərasimindən öncə qonaqlar üçün rəsm sərgisi təşkil olunmuşdur. Sərginin rəssamı UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin əməkdaşı Röya Sultanova qonaqları rəsmlərlə tanış etmiş və onlara ətraflı məlumat vermişdir. Konfransın açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov və UNEC rektoru professor Ədalət Muradov sərgi ilə tanış olmuş və rəsm əsərləri haqqında xoş fikirlər bildirmişlər.Rəssama bundan sonrakı yaradıcılığında xoş arzu və diləklər səsləndirilmişdir. Sərginin ərsəyə gəlməsində konfrans təşkilat komitəsinə öz təşəkkürünü bildirən Röya xanım, gələcəkdəki konfranslarda da bu tip sərgilərin təşkil olunması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.