III. İQTİSADİYYAT VƏ İDARƏETMƏ SAHƏSİNDƏ MAGİSTR VƏ DOKTORANTLARIN BEYNƏLXALQ ELMİ KONFRANSI

Nizami Gəncəvi və Davamlı İnkişaf

4 - 7 İYUN 2021
GƏNCƏ / AZƏRBAYCAN

Beynəlxalq İndeksli Nüfuzlu Elmi Jurnalda Nəşr İmkanı!

Beynəlxalq İndeksli Nüfuzlu Elmi Jurnalda Nəşr İmkanı!

       4 - 7 iyun 2021 - ci il tarixlərində Gəncə şəhərində keçiriləcək III. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməkdədir. Belə ki, ötən günlərdə Türkiyənin 30 - dan çox beynəlxalq elmi platformada indekslənən nüfuzlu elmi jurnalı olan "TURAN-SAM" jurnalı ilə əməkdaşlıq üçün razılıq əldə olunmuşdur. Razılığa əsasən üçüncü konfransın ən yaxşı məruzələrdən ibarət 50 məruzə jurnalın xüsusi sayında nəşr olunacaqdır. 

      Qeyd etmək lazımdır ki, jurnal məqalələri dünyaca nüfuzlu Google-Scholar, Pro-Quest, Ulrich’s WEB(ABD), ICI-Index Copernicus International(Polonya/AVRUPA BİRLİĞİ), DAIJ, OAJI, Global Impact Factor, ResearchBib, SIndex, CiteFactor, JournalInformatics, BASE, PubGet, Index Scholar, Region-Hovedstaden, SOBIAD, AsosIndex, AcarIndex, Araştırmax, TopluKatalog, AkademikDİzin, Türk Eğitim Endeksi, CEEOL, JournalIndex, DRJI, OpenAıre, WorldCat vs. kimi beynəlxalq elmi jurnal indeksləri sistemlərində yerləşdirilməkdədir.

TURAN-SAM.ORG

TURAN-SAM.COM