Konfransda qeydiyyatdan keçib amma iştirak edə bilməyənlərə məruzələrini təqdim etməsi üçün video və poster formatda təqdimat imkanı yaradılacaqdır. Bu tip təqdimatları qeydiyyatdan keçdikdən sonra email vasitəsi ilə konfrans təşkilat komitəsinə göndərmək lazımdır. Konfransda iştirak haqqı məruzənin qəbul olunması ilə bağlı məktubda qeyd olunacaq rekvizitlərə uyğun hesaba göndəriləcəkdir. Yalnız ödəniş etdikdən sonra iştirakçının məruzəsi çıxış üçün proqrama daxil olunacaqdır.